“Ölkədə və dünyada yenidoğulmuşlar arasında koronavirusa kifayət qədər yoluxma var”.
Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.
O bildirib ki, ana bətnində koronavirusa yoluxmaları yoxlamaq mümkün olmur: “Doğuşdan sonra uşaqlar testdən keçirilir. Bəzən doğuşdan 10 gün sonra qadın və uşaq da koronavirusa yoluxa bilir”.