Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda yeni ştamm var? - TƏBİB-dən cavab

  • 2021.11.29 10:34
  • 1317 Baxış
Azərbaycanda yeni ştamm var? -  TƏBİB-dən cavab
Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb

Medicina.az -ın məlumatına görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.