İlin səkkiz ayı ərzində 73 177 körpə doğulub.
Medicina.az xəbər verir ki,doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.
Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Bu dövr ərzində ölkədə 48 633 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.