Qış mövsümü soyuqdəymə və qrip üçün əlverişlidir. Tez-tez, hətta soyuqda, papağını və ya şərfini çıxaran insanı görə bilərsiniz - ona istidir. Soyuqdəymənin ondan yan keçəcəyinə ümid edir.
Lakin, belə deyil. Hətta yenicə qripə yoluxmuş olsanız və bədən bu növ virusa qarşı qorunma əldə etmiş kimi görünsə belə, sayıqlığınızı əldən verməməlisiz. Həqiqətən, qışda immun sistemi həddindən artıq yüklə işləyir və həmişə soyuqdəymə ilə mübarizə apara bilmir.
"Medicina" xəbər verir ki, İnfluenza (Qrip) çox geniş yayılıb. Hər evdə Qriplə xəstələnənlər var. İnfluenza da kəskin respirator virus infeksiyaları (KRVİ) qrupuna daxildir. Adətən simptomlar ağır halda keçir. Xəstəlik özünü yüksək temperatur, sinədə xışıltı, boğaz ağrısı, öskürək, halsızlıq, əzələlərdə, sümüklərdə ağrılar və s. ilə büruzə verir. Ailədə 1 nəfərin xəstələnməyi, digərlərinində xəstələnməsinə səbəb olur. Nəzərə alaq ki, İnfluenza kiçik yaşlı uşaqlarda və yaşlılarda, xroniki xəstəlikləri olanlarda tez-tez ağırlaşma verir. Bundan başqa, hazırda qısa bir müddətin ərzində dəfələrlə KRVİ ilə yoluxma müşahidə edilir. Bu 200 -dən artıq virusun KRVİ törətməsi ilə də bağlıdır.
Bu səbəbdən də ən əsas şərt KRVİ və İnfluenzaya yoluxmaqdan qorunmaqdır. Qorunmaq üçün immun sistemin normal fəaliyyəti vacibdir. Orqanizmin müqavimətinin normal olması xəstənin tez sağalmasına və ağırlaşmaların olmamasına gətirir.
KRVİ zamanı bakterial infeksiyanın yoluxması daha ağır fəsadlara səbəb olur. İnfluenza və KRVİ- yə yoluxmuş şəxsin ayaqüstü müalicəsi düzgün deyil. Yataq rejimi olmasa da (baxmayaraq ki, temperatur yüksələndə yataq rejimi əvəzedilməzdir), komfortlu ev şəraitində müalicə daha yaxşı effekt verir. Bu həm də infeksiyanın yayılmasının qarşısını alır. KRVİ zamanı ağırlaşmalar iş və dərs günlərinin itirilməsinə gətirir. Bu pasiyent üçün mənəvi və maddi çətinliyə səbəb olur.
Epidemiya zamanı xəstəliyə yoluxub yoluxmamağa immun sistem qərar verir. Müxtəlif prosedurlarla (düzgün qidalanmaq, normal yuxu, açıq havada gəzinti, otaq temperaturunu normal saxlamaq, idman etmək, stresdən uzaq olmaq, əhvalını yaxşı saxlamaq və s) immun sistemini modulyasiya etmək vacibdir.
Yeri gəlmişkən qeyd edim ki, otağı həddən artıq isti saxlamaq birbaşa xəstələnməyə təsir edir. Belə ki, viruslar, bakteriyalar orqanizmə selikli qişalardan daxil olur. Selikli qişalar nə qədər normal-nəm, yerli immuniteti aktiv olarsa, mikrobları yerindəcə məhv edər. İsti hava selikli qişaları qurudur və belə selikli qişalardan virusun yoluxması asanlaşır. Stress və yuxusuzluq da immun sistemini həddən artıq tükədir. İmmun sistemə başlıca köməkçilərdən biri vitamin C -dir. İmmun sistemin normal fəaliyyəti üçün vitamin C, mikroelementlərlə zəngin qidalarla qidalanmaq çox vacibdir. İmmun sistem zəifləyəndə və ya xəstəlik vaxtı tək qida ilə aldığımız Vitamin C bəs etmir. Bu halda Yüksəkdozalı vitamin C-dən istifadə etmək olar.
İnfeksion xəstəliklərdə, o cümlədən, virus infeksiyaları zamanı Pascorbin 7.5 q- 50 ml (Yüksəkdozalı Vitamin C) -nin terapevtik faydası tədqiqatlarla sübut olunub.1,2 Məlumdur ki, immun hüceyrələrin tərkibində bu vitamin yüksək miqdardadır və yaxşı immun cavabın formalaşmasında böyük rolu vardır. İmmun hüceyrələrdə vitamin C çatışmayanda, onlar öz funksiyalarını normal yerinə yetirə bilmirlər.
Qripin ilk günlərində antivirus effekt almaq üçün, məhz Yüksəkdozalı infuzion vitamin C (Pascorbin 7.5g) istifadə edilməlidir.
Vitamin C
• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir (antioksidant çatışmazlığı immun sisteminin işinə və sonda bizim sağlamlığımıza mənfi təsir göstərir).
Virus infeksiyaları zamanı antibiotiklərdən istifadə etmək yanlışdır. Yalnız bakterial infeksiya yoluxduqda antibiotik istifadə oluna bilər. Antibiotiklər bağırsaqdakı lazımlı bakteriyaları da məhv etməklə immun sistemi zəiflədir. Bu halda ən yaxşı seçim Biotənzimləyici preparatlardır. Biotənzimləyici preparatların antibiotik və antiviral təsirləri XIX əsrdən məlumdur. KRVİ (soyuqdəymə) və Qripin (İnfluenza) qarşısının alınması və müalicəsində Engystol və Gripp- heel preparatları olduqca effektivdir.
Bu preparatlar Almaniya istehsalıdır, təbii tərkiblidir, nanodozalardadır, heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Hamilələr, süd verən analar, qocalar, hər yaşda uşaqlar istifadə edə bilər.
Engystol və Gripp- heel preparatları müxtəlif virus infeksiyalarında: İnfluenza, adenovirus, herpes virusu və s.də immun sistemin xəstəliklə mübarizə aparmasına kömək edir. Engystol +Gripp_Heel preparatlarının birgə istifadəsi zamanı effekt 40% daha yüksək olur.
Engystol və Gripp-heel preparatları qripin simptomlarını tez bir zamanda yüngülləşdirir, ağırlaşmanın qarşısını alır. Eyni zamanda immun sistemi modulə edərək təkrar yoluxmalara imkan vermir.
ENGYSTOL
Təsiri:
• İnterferon sintezini stimulə edir
• Virusların replikasiyasını inhibə edir
• Qranulositlərin faqositar aktivliyini stimulə edir
GRİPP-HEEL
Təsiri:
KRVİ və Qripin simptomlarını tez bir müddətdə yüngülləşdirir
İMMUNMODULƏEDİCİ
• İLTİHABƏLEYHİNƏ
• VİRUSƏLEYHİNƏ (QEYRİ-DÜZ)
Müalicə məqsədilə: Engystol + Gripp-Heel
Kəskin dövrdə: hərəsindən 1 tablet 2 saat ərzində hər 15 dəqiqədən bir dil altına qoyulur. Sonra hərəsindən 1 tablet gündə 3 dəfə.
Profilaktika məqsədilə; hərəsindən 1 tablet, gündə 3 dəfə , yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra dilaltı sormaq kifayətdir.
KRVİ - dən qorunmaq, həmçinin müalicə üçün hər bir evdə Engystol və Gripp- heel preparatlarının olması məsləhətdir.