Azərbaycanda xəstənin qarnından 32 kq-lıq kista çıxarılıb.
Medicina.az xəbər verir ki, Goranboy rayonundan cərrahi əməliyyat üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət eden xəstə Baş həkim tibb elmləri namizədi Cəmil Ələkbərov tərəfindən əməliyyat olunub.
38 yaşlı, 128 kq çəkisi olan qadının əməliyyatı 4 saat çəkib.
Həmçinin əməliyyatda Cərrahiyyə şöbə müdiri Fariz Abdullayev, cərrah ginekoloq Xanım Rəşid də iştirak edib.
Əməliyyat nəticəsində qadının qarnından 32 kq-lıq kista çıxarılıb.
Hazırda xəstənin vəziyyəti normaldır.
Aygün
Medicina.az