Azərbaycanda xəstənin mədəsi dəri altına çıxıb.
Medicina.az xəbər verir ki, bu barədə
həkim radioloq Aydın Əliyev deyib:
“Pasiyent qarnını göstərib dedi ki, “həkim, mədəm dərialtına çıxıb”. Əvvəlcə inanmadım. Daha sonra yoxlamalara başladıq. Mədənin kontrastlı Rentgenoskopiyası və Rentgenoqrafiyasını etdim. Gördüm ki, həqiqətən mədənin cismi, bucaq və antral hissəsi qarnın ön divarındakı yırtıqdan dərialtına çıxıb”.