Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda xəstəlik və ölümün əsas səbəbi - Metabolizm pozulmasının ƏLAMƏTLƏRİ

  • 2021.06.07 17:11
  • 3420 Baxış
Azərbaycanda xəstəlik və ölümün əsas səbəbi -  Metabolizm pozulmasının ƏLAMƏTLƏRİ
Azərbaycanda əhalinin böyük hissəsinin sağlamlıq problemlərinin əsas səbəbi metabolik pozulmasıdır.

Genetik amilin təsirindən başqa modern şəhər həyatının gətirdiyi az hərəkətli yaşayış tərzi və yüksək kalorili qidalanma metabolik sindromu tətikləyir. İnsulin müqaviməti ilə başlayan, bel hissədə piylənmə, şəkər xəstəliyi, qanın yağlılıq miqdarı, yüksək qan təzyiqi və koronar ürək xəstəlikləri ilə davam edən bu sindrom sağlamlıq üçün çox təhlükəlidir.

Bəs metabolik sindrom nədir?

Medicina.az müasir dövrün aktual problemi sayılan metobolitik sindrom haqda bir sıra məlumatlar təqdim edir:

Metabolik sindromu olan insanlarda ürək-damar xəstəlikləri çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan şəkər miqdarı diabet həddində olmasa belə xəstəliyin inkişaf etmə riski yüksəkdir. Yaxın gələcəkdə metobolik sindromun ölüm səbəbləri siyahısında birinci yerə qalxacağı gözlənilir.

Genetik meyilliliyi olan insanlarda metabolik sindroma yoluxma riski daha yüksəkdir. Əgər bir insanın ailəsində artıq çəki, yüksək qan təzyiqi, qanda olan yağın miqdarının qeyri-stabil olması kimi problemlər varsa və buna ətraf mühitin faktorları da təsir edirsə, onda metabolik sindroma yoluxma qaçılmazdır.

Metabolik sindrom yaşandıqda qidalanma müalicəsi tətbiq edilməlidir. Səbəbi isə insulin müqavimətini düzəltmək və buna bağlı olaraq yaranan sağlamlıq problemlərini aradan qaldırmaqdır. Gündəlik qəbul edilən yağın kalorisi ümumi alınan kalorinin 25-35 faizini təşkil etməli, böyük bir hissəsi isə zeytun, fındıq və kanola yağı olmalıdır. Soya, günəbaxan və qarğıdalı yağı daha az miqdarda istifadə edilməlidir. Bunlara dəniz məhsulları, fındıq, qoz, badam, kətan toxumu aid edilə bilər.

Mütləq karbohidrat istifadə etmək lazımdır

Karbohidrat istifadəsi ümumi kalorinin 100/45-55-ni təşkil etməli və daha çox dənli bitkilər, meyvə, tərəvəz, paxlalılar istifadə edilməlidir. Kalorinin qalan hissəsi isə zülallardan əldə edilməlidir. Əsasən dərisiz toyuq və ya hind toyuğu, yağsız ət, az yağlı süd və süd məhsulları istifadə edilə bilər.

Mütəmadi olaraq edilən məşq ürək-damar sağlamlığını qoruyur

Mütəmadi məşq etmək insulin müqavimətini normaya salaraq qlükoza, lipid səviyyəsini və qan təzyiqini düzəldir.

Metabolik sindromda tətbiq edilməli olan idman hərəkətləri yaşa, cinsiyyətə, çəkiyə və yanaşı xəstəliklərə görə təyin edilməlidir. Bu zaman əsasən aerobik hərəkətlərə daha çox üstünlük verilir. Bura sürətli yerimə, yavaş qaçma, velosiped sürmək, ip atlama, pilləkən enib-çıxma, üzmə kimi hərkətlər aiddir. Məşqlər hər gün olmaqla ən az 20 dəqiqə, ən çox isə 1 saat edilməlidir.

Metabolik sindrom müalicəsi üçün üçün əvvəlcə endokrinoloji və metabolizm mütəxəsisinə yoxlanmaq lazımdır. Metabolik sindromun həm müalicəsində, həm də qarşısının alınmasında ən təsirli vasitə yaşayış şəraitinin dəyişdirilməsidir. Bura sağlam qidalanma və idman da daxildir.