Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda xalq artisti vəfat etdi

  • 2023.02.24 14:34
  • 6526 Baxış
Azərbaycanda xalq artisti vəfat etdi

Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov vəfat edib.


"Medicina" xəbər verir ki, o, bu gün 62 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib.

1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. 1998-ci ildə “Əməkdar artist”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə

Prezident mükafatına layiq görülüb.