Dünya ölkələrində peyvənd kampaniyaları davam edərkən insanları maraqlandıran əsas suallardan biri də vaksinlərin tərkibidir.
Bakupost.az xəbər verir ki, Türkiyənin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dos. Dr. Elif Hakko “Sözcü” qəzetinə “Sinovac” və “Pfizer” peyvəndlərinin tərkibi haqda danışıb.
“Sinovac” peyvəndinin tərkib hissələri aşağıdakılardır:
İnaktiv virus (SARS-CoV-9): Bütün “silah”larından məhrum edilmiş zərərsiz bir koronavirus. Bu inaktiv virus sayəsində immunitet sistemimiz “düşmən”i əvvəlcədən tanıyır və ona qarşı antikorlar istehsal edir.
Alüminium hidroksid: Bu maddə peyvəndlərdə 70 illik istifadə tarixinə malikdir. “Sinovac” peyvəndində köməkçi maddə kimi istifadə edilən bu maddə virusa reaksiya gücünü artırmağa kömək edir.
Natrium xlorid: Yəni duz. Peyvəndin sıxlığını bədənimizdəki mayelərə görə tənzimləyir və yayılmasını asanlaşdırır.
Monosodyum və disodyum hidrogen fosfat: Onsuz vaksin antigen xüsusiyyətini asanlıqla itirə bilər.
Natrium hidroksid: Peyvəndin uzun müddət saxlanması üçün lazım olan pH (məhlullarda hidrogen ionlarının konsentrasiyasını və ya aktivliyini səciyyələndirən kəmiyyət) dəyərlərini tənzimləyir.
Su: Vaksindəki bütün maddələri həll etmək və bədənə yeritmək üçün istifadə olunur.
“BioNTech” peyvəndinin tərkib hissələri:
mRNA: Yeni texnologiyaya görə ənənəvi peyvəndlərdən fərqlənir. Bu texnika, süni olaraq istehsal olunmuş bir mRNA molekuluna sahib hüceyrələrdə virusa qarşı bir “mismar zülalı” yaratmağa imkan verir və bədənin müdafiə sistemi virusla qarşılaşdıqda bundan istifadə edir. Missiyasını tamamladıqdan sonra hüceyrə tərəfindən məhv edilir.
Yağ: mRNA zirehidir. Ətrafındakı yağ təbəqəsi ilə örtərək onu qoruyur.
Duz: Peyvəndin pH səviyyəsini tənzimləyir və bədəni pH dəyəri ilə tarazlaşdırır.
Şəkər: Dondurma mərhələsində istifadə olunur. Bunun sayəsində dondurulmuş peyvəndin molekulyar quruluşunu pozulmaqdan qoruyur.
Su: Peyvəndin bütün tərkibini həll etmək və bədənə daşımaq üçün istifadə olunur.
Peyvəndlənmədən sonra, xüsusən peyvəndin vurulduğu bölgədə - qolda yüngül şişlik və ağrı ola bilər. Ancaq ağrı adətən bir gün içində keçir. Bundan əlavə, baş ağrısı, halsızlıq, yorğunluq, əzələ ağrıları və yüngül temperatur kimi simptomlar da müşahidə olunur. Bütün peyvəndlərdə və dərmanlarda olduğu kimi nadir hallarda allergik reaksiyalar da baş verə bilər. Bu simptomlar mRNA peyvəndləri ilə bir az daha çoxdur. Peyvənddən 24 saat sonra yan təsirlər davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.