Azərbaycanda iki vəkil koronavirusa yoluxub.
Bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov sosial şəbəkədə məlumat yayıb.
O qeyd edib ki, 2 vəkilin müalicəsi ev şəraitində davam edir.
"Bu günə olan məlumata görə 2 vəkilimiz COVİD-19-a yoluxub, xəstəliklə mübarizə aparırlar. Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm".
Onun sözlərinə görə, yoluxanlardan biri vəkil Cimnaz Eyubovanın sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur. "Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, VK üzvüdür, mübarizdir, güclü iradəyə malikdir,
bu xəstəliyə qalib gələcəyinə əminəm".
Məlumata görə, koronavirusa yoluxan digər vəkil Ramin Hacıyevdir.