Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşaqların sümüklərini nə əridir?

  • 2024.08.09 16:07
  • 2074 Baxış
Azərbaycanda uşaqların sümüklərini   nə əridir?
Alimlər sübut edib ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur.


Medicina.az xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində karies, aşınma yaranır. Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir.

Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir.

47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır. Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır. Bu qədər miqdarı almaq üçün gərək 5 stəkandan çox çay və su içəsiz.

Azərbaycanda səhər -axşam ən çox içilən içki çay olduğu üçün insanların, uşaqların sümük və dişlərinin zəifləmə səbəbidir.

Aygün M