Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...

  • 2018.11.17 14:44
  • 16686 Baxış
Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...
"Azərbaycanda doğulan uşaqların 10%-dən çoxu vaxtından əvvəl dünyaya gəlir. Onların 50%-i həyatda qalır".


Bu sözləri Medicina.az-a açıqlamasında K. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova 17 noyabr Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü ilə bağlı danışarkən deyib. O bildirib ki, vaxtından evvel doğulanlar dedikdə hamiləliyi 37 həftədən tez, kilosu 2500 qramdan aşağı olan körpeler nezerde tutulur.


Baş həkim Azərbaycanda vaxtından əvvəl doğulan körpələrlə bağlı danışarkən bildirib ki, 10 il əvvəlki vəziyyətlə müqayisədə bu gün yenidoğulmuşların diaqnostikasında, müalicəsində çox böyük fərqlər var. 


"Bu cür doğulan uşaqlar dövlətin və Səhiyyə Nazirliyinin daim nəzarətində olurlar. Bu işdə həkimlərin üzərinə düşən ən əsas vəzifə vaxtından əvvəl doğulan uşaqları həyatda saxlamaqdır. Daha sonra isə onların əsas tənəffüs və sinir sistemlərində olan problemlər aradan qaldırılmalıdır. Bundan sonra isə həmin uşaqları qeydiyyatda olduqları poliklinikalarda nəzarətdə saxlamaq lazımdır. Bu cür uşaqlar yalnız 2 yaşına kimi inkişaf edərək öz yaşıdları ilə bir səviyyəyə çatırlar. Bu gün bura gələn körpələrin çoxu doğularkən 900-1300 qr çəkidə olublar. Onların orqanizmindəki problemlərin reablitasiyası ilə əlaqədar bəzən hətta ondan da çox vaxt tələb olunur”.  


Baş həkim vaxtından əvvəl doğulan uşaqların statistikasını da açıqlayıb: "Azərbaycanda doğulan uşaqların 10%-dən çoxu vaxtından əvvəl dünyaya gəlir. Onların 50%-i həyatda qalır. Bunlar əsasən  doğularkən çəkisi 1500 qr-dan az olan uşaqlardır. Uşağın çəkisi nə qədər az olarsa, onun yaşama şansı da az olur. Onu da qeyd edək ki, uşağın vaxtından əvvəl doğulması hələ onun həyatını itirəcəyi anlamına gəlmir. Onları həyatda saxlamaq üçün müasir tibb hər bir şətait yaradır”.


Bəs uşaqlar niyə yarımçıq doğulur?


S. Ələsgərovanın sözlərinə görə, uşaqların vaxtından əvvəl doğulması bir sıra risklərə bağlıdır: "Anti-natal qulluğun səviyyəsindən çox şey aslıdır. Qadın məsləhətxanalarında bununla bağlı işlər aparılır. Bu risk qruplarına şəkərli diabet xəstələri, infeksion xəstəliyi olanlar qadınlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər aid edilə bilər”. 


Bu günlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunda tədbir də keçirilib. Tədbirə son iki ildə bir çox doğum evlərində doğularaq sonradan bu klinikada müalicə olunan körpələr və onların valideynləri də qatılıblar.


Respublikanın baş neonatoloqu  Rüstəm Hüseynov çıxış edərək yenidoğulmuşlarla bağlı yaşanan problemlərdən bəhs edib və bu günün əhəmiyyətindən söz açıb. 


Bildirib ki, bu günün simvolunun bənövşəyi rəng seçilməsi heç də təsadüfi deyil. Buna səbəb vaxtından əvvəl doğulmuş uşaqların dərisinin bənövşəyi rəngdə olmasıdır. 

 



Tədbirin səbəbkarları olan kiçik qonaqlara isə hədiyyələr təqdim edilib.


Qeyd edək ki, bu gün Avropa Yenidoğulmuşlara Qulluq fondunun (EFCNI) təşəbbüsü ilə 2009-cu ildə təsis edilib.


Hər il yer kürəsində təxminən 15 milyona yaxın uşaq vaxtından əvvəl doğulur. Bu isə hər 10 uşaqdan birinin vaxtından əvvəl doğulması deməkdir. Bu uşaqlardan 1 milyona yaxını doğulduqdan qısa müddət sonra tələf olur, bir çoxu isə müxtəlif fiziki və nevroloji problemlərdən əziyyət çəkirlər. Bir çoxları nevroloji əllilik və təhsil almaqla bağlı problemlər yaşayırlar. Statistikaya görə, son zamanlarda bütün dünya üzrə vaxtından əvvəl doğulan körpələrin sayında artım var. 


Dünyada yarımçıq doğularaq yaşayan hətta normal insanlardan da daha çox inkişaf etmiş bir sıra tarixi şəxsiyyətlər də az deyil. Onlardan Napaleon Banapart, İssak Nyuton və Albert Eynşteynin adlarını çəkmək kifayət edir.   


Arzu Mirzəyeva

Medicina.az

 


Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...
Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...
Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...
Azərbaycanda uşaqların 10 faizi yarımçıq doğulur, onların yarısı həyatda qalır...