Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşaqlar arasında yayılan sırf soyuqdəymədir - Səhiyyə nazirliyi

  • 2022.06.20 14:39
  • 1858 Baxış
Azərbaycanda uşaqlar arasında yayılan sırf soyuqdəymədir  - Səhiyyə nazirliyi


“Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir”.

Medicina.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, uşaqlar arasında yayılan influenza xəstəliyi sırf soyuqdəymədir:

“Mövsümi olaraq həmişə respirator virus infeksiyaları olub. Hazırda həmin viruslar mövsümü olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir”.