Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşaq ölümlərinin səviyyəsi yüksəkdir - Britaniya səfiri

  • 2021.07.02 15:32
  • 1313 Baxış
Azərbaycanda uşaq ölümlərinin səviyyəsi yüksəkdir  - Britaniya səfiri


Britaniya səfiri Azərbaycanda uşaq ölümlərinin səviyyəsindən danışdı


Azərbaycan kimi ölkədə uşaq ölümlərinin səviyyəsi arzuedilməyən qədər çoxdur.

Medicina.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ümumdünya Səhiyyə Təşkilatının “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

O bildirib ki, “PROACT-Care” layihəsinin tətbiqini bəyənməsinin bir səbəbinin də bu olduğunu deyir:

“Bu layihə özündə gender aspektlərini, xüsusilə qadın məsələlərini özündə ehtiva edir. Bir il bundan öncə Hande Harmancı ilə söhbətimiz olmuşdu. O söhbət zamanı Azərbaycanda uşaq ölümlərinin sayının çox olduğunu bilmişdim. Odur ki, bir daha qeyd etmək istəyirəm ki, bu layihənin tərkib hissəsində ana və uşaq məsələləri ilə yanaşı bir çox digər məsələləri də ehtiva edir”.