Azərbaycanda köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması qadağan olunur.
Medicina.az-ın report-a istinadən xəbərinə görə, bu, yeni hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 12-ci (Sonsuzluğun müalicəsi hüququ) maddəsində əskini tapıb.
Maddəyə əsasən, sonsuzluğun müalicəsi məqsədilə vətəndaşların tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ, köməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ var.
Qanun layihəsində qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.