Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşağın göbəyindən girib, böyrəyində əməliyyat etdilər – UNİKAL

  • 2020.02.11 20:18
  • 2315 Baxış
Azərbaycanda uşağın göbəyindən girib, böyrəyində əməliyyat etdilər –  UNİKAL

Azərbaycanda unikal və ilklərdən hesab ediləcək əməliyyat icra olunub. Özəl klinikalardan birində uroloq cərrah Rəşad Solan invaziv radioloqlar qrupu ilə birgə 1 yaşlı uşağın böyrəyində əməliyyatı göbəkdən keçərək icra edib.


Medicina.az xəbər verir ki, uşağın sağ böyrəyində nəhəng törəmə aşkar olunmuşdu. Məsləhətləşmələrdən sonra dünya tibb təcrübəsində son unikal metod olan “Single Port Surgery” az invaziv cərrahi metod seçildi.

“Məhz bu əməliyyatda bizim cərrahlar briqadası ölkədə ilk dəfə Single Port Urologic Surgery, yəni bu metodun uroloji əməliyyatda tətbiqini həyata keçirdi. Bu, bütünlükdə Azərbaycan tibb üçün uğurdur” – deyə Rəşad Solan bildirib.