Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda uşağı ola bilməyənlərin müalicəsi pulsuz olacaq

  • 2022.03.02 17:28
  • 2381 Baxış
Azərbaycanda uşağı ola bilməyənlərin müalicəsi     pulsuz olacaq

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.


Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.


O, bildirib ki, sonsuzluğun müalicəsi hələ ki xidmətlər zərfinə daxil edilməyib.

“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.