Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ürək əməliyyatı keçirənlər təhlükədə - Varfarin dərmanı tapılmır

  • 2022.11.22 16:41
  • 6310 Baxış
Azərbaycanda ürək əməliyyatı keçirənlər təhlükədə   - Varfarin dərmanı tapılmır


Azərbaycanda yoxa çıxan həyati vacib dərmanlardan biri də "Varfarin"dir.


Ürək xəstələri, xüsusən ürək və şuntlama əməliyyatı keçirənlər stent qoyulmuş xəstələr kardiocərrahların birinci növbədə təyin etdiyi antikoaqulyantı apteklərdə tapa bilmirlər. Xəstələr 5 manatlıq dərmanı əlaltdan 30-40 manata sifariş edir. Kardiocərrahlar isə bu dərmanın əvəzedicisini tapa bilmir.


Dərmanla bağlı bir neçə məşhur apteklər şəbəkəsinə zəng etdik. Həqiqətən də dərmanın bir neçə aydır gəlmədiyini təsdiqlədilər, hətta əvəzedici dərmanın belə olmadığını bildirdilər.

Bu dərmana ehtiyacı olanlar onu sosial şəbəkələrdə belə axtarır. "Varfarin"in qəhətə çəkilməsi səbəbindən yüzlərlə xəstənin bahalı əməliyyatı və həyatı təhlükə altındadır.




"Medicina" xəbər verir ki, Professor Adil Qeybulla Bakupost.az -a açıqlamasında bildirdi ki, ürək əməliyyatlarından sonra istifadə olunan "Varfarin"in əvəzedicisi "Plaviks"dır:

"Amma dərman bazarında vəziyyət ürəkaçan deyil. Azərbaycanın dərman bazarı tamamilə idxaldan asılıdır. Ukrayna, Rusiya, Belarus əsas idxalçı ölkələrdir. Rusiya- Ukrayna savaşı səbəbindən Ukraynada dərman istehsalı bazarı dağıdılıb, ciddi defisit yaranıb. Ona görə də idxalçı ölkəni əvəz etmək lazımdır. Qardaş Türkiyədən biz daha ucuz və keyfiyyətli dərmanlar ala bilərik.

Düzdür psixotrop, onkoloji preparatlar, Nazirlər Kabinetinin qərarı ilə verilən xüsusi qeydiyyatda olan dərmanlar dövlət tərəfindən alınır. Qalan bütün dərmanlar şirkətlər tərəfindən gətirilir. Dövlət bu işə ciddi müdaxilə etməli, təcili alternativ yollar tapılmalıdır".



Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva da Bakupost.az -a artıq dərman probleminin həqiqətən ciddi narahatçılıq doğurduğunu deyib:

"Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycanda dərman istehsalı ümumi tələbatın heç 1%-ni ödəmir. İstehsal olunan dərmanlar cüzidir. Əsas dərmanları digər dövlətlərdən alırıq. İkinci səbəbi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Digər səbəb də çox vaxt həkimlərin reseptə konkret bir dərmanın adını yazmasıdır. Xəstə də aptekdən dərmanı məhz o adıa axtarır. Əslində isə dərmanları tərkibinə görə yazmalıdırlar.

Ola bilər "Varfarin" yoxdur, amma əvəzləyicisi var. Həkimlər bir az insanları maarifləndirməlidir. O zaman dərman axtarışı nəticəsiz olmaz".

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanda dərman təminatı ilə bağlı ciddi proqram hazırlanır: "Belə dövlət proqramı olsa, gələcəkdə Azərbaycanda dərman istehsalına başlanılar. Bu da müəyyən qədər problemlərin qarşısını ala bilər”.

Aygün Musayeva
BakuPost