Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha bir unikal əməliyyat keçirilib - FOTO

  • 2017.10.16 10:23
  • 20745 Baxış
Azərbaycanda daha bir unikal əməliyyat keçirilib -  FOTO
Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində "Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub.


Medicina.az modern.az-a istinadən xəbər verir ki, dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.

 

Bu barədə əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:


"Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.

 

Azərbaycanda daha bir unikal əməliyyat keçirilib -  FOTO