Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda - Kardiologiyada yeni addım/FOTOUNİKAL ƏMƏLİYYAT

  • 2017.12.01 14:01
  • 18128 Baxış
Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT


Azərbaycan
səhiyyəsi daha bir uğura imza atıb.


Medicina.az xəbər
verir ki, Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın(ana
damar) laylanmış (dissekan) anevrizması "hibrid metodla” müalicə edilib. Əməliyyat
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar
cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.


Aorta disseksiyası
xəstəliyi barədə məlumat verən Dr. Kamran Musayevin sözlərinə görə, insan orqanizminin
ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan xəstəlik
zamanı ölüm riski yüksəkdir:


"Ölüm riski yüksək
olsa da son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi
sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu sahədə ən son nailiyyət aorta
disseksiyasının (və dissekan anevrizmanın) "hibrid metodla” ləğvidir. "Hibrid
metod” – klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə
istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla
endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı
açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda
bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır. ”


Hibrid müalicənin
dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən Dr. Kamran Musayev
bildirdi ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilib:


"Ciddi riskli aorta
disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici
bir alternativ təşkil edən "hibrid müalicə” dünyanın ən qabaqcıl ölkələrində
son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq
edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Xəstədə enən aortanın
disseksiyası və anevrizması olduğu üçün klassik açıq cərrahiyyənin tətbiqi yüksək
risk daşıyırdı. Buna görə də, xəstəmizi "hibrid metodla” (yuxu arteriyası-
körpüçükaltı arteriya şunt + TEVAR ) ilə müalicə etməyə qərar verdik. Əvvəlcə
yuxu arteriyası ilə körpücükaltı arteriya arasında şunt əməliyyatı icra etdik.
Sonra isə aortanın laylanmış və anevrizmalaşmış seqmentinə qapalı yolla stent-qreft
yerləşdirdik (TEVAR)”.


Baş həkim həmçinin
bildirib ki, bu cür əməliyyatları həyata keçirmək üçün ciddi infrastruktur və
kadr hazırlığı tələb olunur:


"Bir neçə ildir ki,
biz Mərkəzi Klinikada aortanın anevrizmalarında endovaskulyar əməliyyatları
icra edirik. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları
reallaşdırmağa başladıq. "Hibrid metod” isə daha mürəkkəb, daha çox hazırlıq və
təcrübə istəyən bir əməliyyat növüdür. Əməliyyat üçün lazımi hazırlıq işləri
bütün incəliklərinə qədər nəzərdən keçirildikdən sonra xəstə əməliyyata alındı.
Ciddi risk daşımasına baxmayaraq komandamızla birgə daha bir uğurlu əməliyyat
həyata keçirdik . Artıq xəstəmizi sağalma ilə evə yazmışıq. Bu cür müasir və
mürəkkəb metodlu əməliyyatların ölkəmizdə də icra olunmağa başlamasından ötrü
çox sevincliyik.”


 



 

Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT
Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT
Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT
Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT
Azərbaycanda - Kardiologiyada yeni addım/FOTO UNİKAL ƏMƏLİYYAT