İbayevlər ailəsi dünyaya gələn üçəmin sevincini yaşıyır.
Medicina.az xəzər xəbərə istinadən bildirir ki, Abşeron rayonun Saray qəsəbəsində yaşayan ailənin indiyə kimi bir qız övladları olub. Uşaqların anası Könül İbayeva deyir ki, ikinci hamiləliyi zamanı həkim nəzarətindən keçən zaman bu dəfə üçəm gözlədikləri məlum olub. Özüdə hər üçü qız.
İndi bu ailəsinin 4 qız övladı var. Valideyn olmağın böyük məsuliyyətindən danışan ana, bu işdə ona qaynanasının da köməklik etdiyini deyir.
Körpələrin üçü də sağlamdır və artıq öz evlərindədirlər.