Biləsuvarda 38 yaşlı kişi intihar edib.
Medicina.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1984-cü il təvəllüdlü Ziya Ağayev yaşadığı mənzilin zirzəmisində özünü asıb.
Onun meyitini ailə üzvləri aşkarlayıblar. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Z.Ağayev ailəli olub, 3 övladı var.