Son illər nəinki dünyada, eləcə də bizdə transların sayı artıb. Əslində bu bir problemdir.
“Medicina” xəbər verir ki, androloq həkim Azər Mirzəyev bu məsələyə aydınlıq gətirib.
Həkim qeyd etdi ki, son zamanlar kişilərdə cılızlaşma gedir.
Bəzi yeniyetmələrdə qız kimi görsənmək,qız kimi hərəkət etməyə meyilliliyi müşahidə edirik. Bir mütəxəssis kimi, eləcə də bir azərbaycanlı kimi bizim cəmiyyət üçün yolverilməzdir.
Doğularkən öz cinsi ilə sonradan razılaşmayan insanlara – transgender deyilir. Onların seksual oriyentasiyaları müxtəlif ola bilər; homoseksual, hipereseksual, biseksual və asseksual ola bilərlər.
Buna səbəbləri bioloji və psixoloji ola bilər. Belə insanlar anadan olarkən, beyin yarımkürələrində bəzi adacıqlarda müəyyən dəyişikliklər ola bilər və bu gələcəkdə onların qeyri-kişi kimi formalaşmağına yol açır. Digər tərəfdən psixoloji məsələ var ki, bir kişinin qadın kimi özünü hiss etməsində ətraf mühit faktorları rol oynayır.
Cinslərini dəyişmək üçün belə insanlar cərrahiyyə və ya hormonal üsula əl atırlar. Maraqlıdır ki,bu məsələdə dünyada İran və Tayland birinci yeri tutur”.
Doktor tövsiyə edib ki,oğlan uşaqları dünyaya gətirən və böyüdən valideyinlər oğlan uşaqları ilə daha diqqətli olmalıdırlar. Onların sağlamlığı ilk növbədə vaxtlı-vaxtında yoxlanmalı, müəyyən yaş həddinə qəfər ərtafı diqqət altında saxlanılmalıdır.
Günay Q.