Günbəgün dünyada və Azərbaycanda tibbi tullantıların miqdarı və bununla bağlı təhlükəsi artır.
"Medicina" xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
"Ttullantıların artması ilə bərabər, onların emal olunması imkanı o qədər də geniş deyil. Məhz bu tullantıların utilizasiya, emal olunmaması ətraf mühitə, meşələrə, su hövzələrinə, bütövlükdə atmosferə son dərəcə böyük ziyan verir. Bir çox xoşagəlməz halların yaşanmasına imkan yaradır.
Bu da bir həqiqətdir ki, tullantılar arasında tibbi tullantılar xüsusi bir yer tutur. Mən deyərdim, digər tullantılarla müqayisədə daha çox təhlükəli, bu və ya digər sahələrə mənfi təsir edən tullantılardır”.
Aygün