Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda telesəhiyyə - Bakıdan bölgədəki xəstənin online müayinəsi

  • 2018.03.13 16:38
  • 15751 Baxış
Azərbaycanda telesəhiyyə -  Bakıdan bölgədəki xəstənin online müayinəsi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nı nəzərə alaraq səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 10 saylı 02 fevral 2017-ci tarixli "Telesəhiyyə texnologiyaların tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmr imzalanmışdır və 2017-ci ilin fevral ayından başlayaraq Səhiyyə Nazirliyinin Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasında telesəhiyə sistemin tədbiqinə başlanmışdır.


Artıq zərurət yarandığı zaman bölgələrdə yerləşən mərkəzi tibb müəssisələri ilə video əlaqə yaradılır və Bakıda yerləşən ixtisaslı mütəxəssis üçün məsafədən real vaxtda canlı olaraq xəstəyə baxıb öz tövsiyyələrini birbaşa vermək üçün imkan yaranır. Bu fəaliyyət üçün SN tərəfindən zəruri müasir rəqəmsal avadanlıq ayrılmışdır və müvəffəqiyyətlə istismar edilir.


Konsultativ yardım stasionarda müalicə alan pasiyentin həyat və sağlamlığına təhlükə yarandığı halda və yerlərdə lazımi ixtisas üzrə mütəxəssis olmadığı və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin olmaması, aparılan müalicənin effektsiz olması və nəticədə pasiyentin sağlamlıq vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostikası və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması, pasiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurətin yarandığı zaman nəzərdə tutulur. SN TTTYS-nin dispetçer mərkəzinə müraciət regional səhiyyə rəhbərliyi tərəfindən səhiyyə nazirliyini əmri il təsdiq olunmuş qaydalara əsasən həyata keçirilir.


Konsultativ yardım Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti - ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında fəaliyyət göstərən alimlər, aparıcı mütəxəssislər, ixtisaslaşmış həkim məsləhətçilər tərəfindən aparılır.


Bu zaman müasir telesəhiyyə texnologiyalarından (o cümlədən internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları) istifadə edilərək on-line video konfrans (canlı video dialoqların aparılması), "online” yazışma (konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında mesajlarla fikirlərin mübadiləsi), tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq "online” baxılmasına imkanlar yaradılır. Təcili Təxirəsalınmaz Konsultativ Tibbi Yardımın təmin edilməsi məqsədi ilə aviasiya nəqliyyatı, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.


Nəticədə mütəxəssis yerlərə çatana qədər pasient tez bir zamanda yüksək səviyyəli yardım alır.


Telesəhiyyə xidməti 2017-ci ilin fevral ayından fəaliyyətə başlayıb və 2017-ci dekabrın 31-nə qədər 22 ixtisas üzrə 320 (pasientlərin 30%) pasientə məsafədən 369 (çağırışların 33%) məsləhət verilmişdir.


Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə (telesəhiyyə məsləhətlərinin 29%) regionlara göndərilmmişdir və 79 pasient (xəstələrin 30 %-i) Bakı şəhərinin tibb müəssisələrinə köçürülmüşdür. Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19%), neyrocərrahiyyə (14%) və nevrologiya ixtisası üzrə mütəxəssisləri tərəfindən aparılmıçdır. Patologiya baxımından isə ən çox travmatoloji, nevroloji və hamiləlik patologiyası olan xəstələrə məsafədən məsləhət verilmişdir.


2017-ci il ərzində təlesəhiyyə vasitəsilə ən çox Zaqatala – 30 çağırış (təlesəhiyyə məsləhətlərin 8%-zi), Quba – 27 (7%), Bərdə - 23 (6%), Gəncə, Masallı, Lənkaran – 17 (5%) rayonlardakı xəstələrinə məsləhət verilmişdir.


Onu da qeyd etmək lazımdır ki, cəbhə zonasında yerləşən Ağdam və Füzuli RMX-larda əsasən nevrologiya, travmatologiya, toksikologiya və cərrahiyyə patologiyası ilə müalicə alan 18 xəstəyə məsləhət verilmişdir.


2018-ci telesəhiyyə vasitəsiləildə yanvar – fevral müddət ərzində 15 ixtisas üzrə 70 (ümumi çağırışların - 169 - 40%-zi) məsləhət verilmişdir. 2018-ci ilin fevral ayında isə təlesəhiyyə vasitəsilə 49 – (ümumi çağırışların - 99 - 49%) məsləhət verilmişdir və 2017-ci ilin müvafiq dövrlə müqayisədə (33 məsləhət – (ümumi çağırışların – 82 - 40%-zi) 67% artım olunmuşdur.


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı