Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, ADPU-nun Məktəbəqədər Təhsil fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə son kurs tələbəsi Mehri Məhəmmədova dünyasını dəyişib.
Onun qəfil ürəktutmasından öldüyü bildirilib.