Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Xərçəng olub-olmayacağınızı bir analizlə aşkar edinAzərbaycanda tək genetik diaqnoz mərkəzi AFGEN

  • 2017.12.07 12:44
  • 37351 Baxış
 - Xərçəng olub-olmayacağınızı bir analizlə aşkar edin Azərbaycanda tək genetik diaqnoz mərkəzi AFGEN
Genetik müayinə və analizlərlə maraqlananların, bunun Azərbaycanda mümkün olub-olmadığını bilmək istəyənlərin NƏZƏRİNƏ!


Bakıda Biloji Təbabət klinikasında AFGEN Genetik Diaqnoz Mərkəzi fəaliyyət göstərir. 


Medicina.az xəbər verir ki, bu mərkəzin rəhbəri genetika elmi üzrə məşhur alim Afiq Bərdəlidir. 


Mərkəzdə 2 bölmə fəaliyyət göstərir: Molekulyar-genetik analizlər və sitogenetik analizlər.


Bu mərkəzdə onkogenlər sekans üsulu ilə süd vəzi xərçənginə səbəb olan BRCA 1 və BRCA 2, yoğun bağırsaq xərçənginə səbəb olan APC, KRAS kimi genlər, bir çox onkoloji xəstələriklərin səbəbi olan TP53 genləri araşdırılır. Araşdırmalar nəticəsində yuxarıda sadalanan genlərdə mutasiyalar aşkar edilərək, xəstələrə onkoloji xəstəlik yaranmazdan xeyli əvvəl diaqnoz qoyulmasına nail olunub. Nəticədə xəstə illər öncə profilaktik və müalicə tədbirləri alaraq özünü bu ölümcül xəstəlikdən qoruya bilib. 


Xüsusən nəsil və ailə üzvlərində genetik olaraq xərçəng xəstəliyi olan gənc və yeniyetmələr bu analizlərdən keçməlidir ki, onkogenlərin olub-olmamasını, nə dərəcədə aktivləşdiyini və gələcəkdə hansı təhlükələr yaradacağını bilsin. 


Mərkəzdə illərlə diaqnozu tapılmayan bir çox naməlum və ya gizli və ya mürəkkəb xəstəliklərin də diqnozu qoyulur.  Həmçinin uşaqları ağır genetik xəstəlikdən ölən ailələr gələcəkdə sağlam övlad sahibi olmaq üçün də bu mərkəzdə düzgün müayinə olunur.


İnsan genetikasının şifrəsini oxuyan DNT sekans aparatından keçməyə tələsin. 


Onu da bildirək ki, bu cihaz vasitəsilə 6000-dən çox xəstəliyin öncədən diaqnozu qoyulur. 

 


 - Xərçəng olub-olmayacağınızı bir analizlə aşkar edin Azərbaycanda tək genetik diaqnoz mərkəzi AFGEN