“Bu gün təhsil və tədrisin nə zaman bərpa olunacağı barədə danışmaq tezdir”.
Medicina.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib
Onun sözlərinə görə, bu məsələ aktiv müzakirədədir:
“Təhsil və tədrisin bərpa olunması hər zaman gündəlikdədir və müzakirə olunur. Biz hələ virusa qalib gəlməmişik. Hələ qeyri-müəyyənlikdə qalır. Bu, bizdən asılı olan məsələ deyil”.