Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda təcili tibbi yardımla bağlı məsələyə aydınlıq gətirildi

  • 2020.12.16 11:49
  • 1290 Baxış
Azərbaycanda təcili tibbi yardımla bağlı məsələyə aydınlıq gətirildi

“Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası dekabrın 8-12-də ÜST-ün missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər edib”.

Bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

H.Harmancı qeyd edib ki, ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər:

“Təcili tibbi yardım maşınları COVID-19-a yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Missiyanın əsas məqsədi ümumi əhali üçün psixoloji və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün azaldılması üçün yoluxma sayının artırılmasının dayandırılması, tibb işçilərinin qorunması və sairdir”.

O əlavə edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün dəstəyini davam etdirəcək.