Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərdən biri Zakir Xəlilov virusa yoluxaraq, ağırlaşmalar səbəbindən dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə mərhumun dostu Səxavət Soltanlı bildirib.
"Təəssüf ki, yaxından tanıdığımız, dostumuz Zakir Xəlilov (Zakir doktor) koronavirusdan dünyasını dəyişdi. O Təcili tibbi xidmətdə çalışırdı. Başqalarını xilas edərkən virusa yoluxmuşdu".