Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda süni tənəffüs aparatına qoşulan xəstələr artdı

  • 2020.06.13 15:30
  • 2121 Baxış
Azərbaycanda süni tənəffüs aparatına qoşulan xəstələr artdı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 12-nə olan statistik göstəriciləri açıqlayıb.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 368254 test aparılıb. İndiyədək 113 nəfər COVID-19-dan dünyasını dəyişib, 5113 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3992 nəfərdir. Hazırda 121 nəfər reanimasiyada müalicə alır. 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 336 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 183 pasiyent sağalıb.