Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin rəsmi sayı

  • 2023.10.04 14:31
  • 2015 Baxış
Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin rəsmi sayı


Ötən il süd vəzisinin xərçəngi diaqnozu ilə Azərbaycanda 16 202 nəfər qeydiyyatda olub.

"Medicina" xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.

2022-ci ilin statistikasına görə, bunlardan 7064 nəfəri 5 il və 5 ildən artıq yaşayanlardır.


“Döş vəzisi xərçəngi ilə qeydiyyatda olan kişilərin sayı isə 48 nəfərdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə süd vəzisinin diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2565 nəfər olub.