Azərbaycanda stomatoloji kabinetlərdə yaşanan ozbaşınalıqlar və bu sahənin nəzarətdən kənarda qalması genofonda və insanların sağlamlığına dəhşətli fəsadlar verir.
“Medicina” xəbər verir ki, stomatoloqlar Səhiyyə Nazirliyi və beynəlxalq protokolların tələb etdiyi sterilizasiya qaydalarını kobud şəkildə pozur.
Alətlərin və cihaz başlığının xüsusi məhlul və avtoklavda sterilizasiyası uzun proses olduğu üçün çox pasiyent qəbul edib, daha çox qazanmaq istəyən həkimləri “cinayətə” əl atmağa sövq edir.
Belə faktların üstünü isə elə o klinikada və ya stomatoloq yanında işləyən tibb bacıları və köməkçiləri açır. Çünki sterlizasiya prosesini həkim onlara həvalə edib.
Sosial şəbəkədə kifayət qədər tanınmış diş həkimlərindən birinin yanında çalışan tibb bacısı həkimin simiclikdən insanların həyatını riskə atdığını bölüşüb:
“Mən klinika rəhbərinin tibb bacısıyam. Bu insan məni məcbur edir ki, alətləri xüsusi məhlula qoymadan tezbazar yuyub ona verim.
Qaydalara əsasən, alətlər qanlı –qanlı xüsusi məhlula qoyulub, 20 dəqiqə sonra yuyulub, durulanıb, paketlənib, 1 saat avtoklavda olmalıdır. Amma bu mənə deyir ki, sən məhlula qoymadan tez yu, şampunla qurut ver. Heç avtoklabda da 1 saat qalmağa vaxt olmur.
Bu xəstələrin sağlamlığını riskə atmaqdır. Sabah şikayət olsa, yoxlama olsa, mənim üzərimdə qalacaq, çünki bu proseduru mənə etdirir, mənim boynumdadır. Heç o məhlulu da almaq istəmirlər. O qədər pul
qazanır,simicliyindən pul xərcləmək istəmir”.
Həmin şikayəti təqdim edirik:
Aygün Musayeva
MEDİCİNA.AZ