GƏLƏCƏKDƏ ATA OLA BİLƏCƏK
Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.
Medicina.az xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.
Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.
APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.
Grand Hospitalın uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı yaradıb.
Süni orqan T. Ömərov tərəfindən uşağa tikilib.
Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.
Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan sadəcə sidik ifrazında rol oyanayacaq.
Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.
"Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah "mümkündür” cavabını verib: "Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalandırma ilə pasiyentin ata olmasını təmin etmək olar”.
Aygün Musayeva