265 kiloqram çəki 4 normal çəkili orta statistik azərbaycanlının çəkisinə bərabərdir. Bir insan özündə 4 insanın çəkisini, piyini, ağılrlığını daşıya bilərmi? Belə bir çəki ilə yaşaya bilirmi?
Günümüzün aktual xəstəliklərindən hesab edilən piylənmə ilə bağlı bir çox həkimlərimiz həyəcan təbili çalmaqdadır. Dünya “piylənmə pandemiyası” ilə üz-üzədir.
Piylənmə ilə mübarizədə beynəlxalq protokollar bir sıra müalicə üsulları təklif edir ki, cərrahi metodla ən uğurlu müalicə üsulu bariatrik əməliyyat – mədəkiçiltmə hesab edilir.
Son 10 ildə Azərbaycanda bu əməliyyatı icra edən mütəxəssislərimiz artmaqdadır. Beynəlxalq səhiyyə sektorunda bariatrik sahə üzrə ölkəmizi təmsil edən bariatrik metabolik cərrah t.e.d. Dr. Taryel Ömərov günümüzə qədər icra etdiyi yüzlərlə bariatrik əməliyyat sayəsində piylənmə ilə mübarizədə səhiyyəmizə önəmli töhfə vermişdir.
“Medicina” xəbər verir ki, Azərbaycanda rekord çəkidə, 265kq-lıq pasiyentin bariatrik əməliyyatının icraçısı olan Dr. Taryel Ömərov xəstə barədə açıqlama verib.
“Bu vaxta qədər əməliyyat etdiyimiz onlarla ağırçəkili pasiyentimizin uğurlu nəticələrindən həm pasiyentlər, həm də biz əlavə stimul almış olurduq. Amma bu dəfəki pasiyentimiz extra ağır çəkili olması ilə seçildi və icra etdiyimiz maraqlı, nadir əməliyyatlar silsiləsindən yeni bir səhifə bəxş etdi.
265 kq-lıq insanın həyatını, əzabını düşünə bilirsinizmi? Bu xanım öz şəxsi həyatında necə əziyyət çəkir, həyat keyfiyyətinin aşağı düşməsi ona həyatdan zövq almağa necə maneələr törədir?
Bir də düşünün, bütün risk faktorlarını göz önünə alaraq, bu və bu kimi pasiyentləri əməliyyat edirik və 9-12 ay müddətində öz ideal çəklilərinə çatırlar. Bütün problemləri, xəstəlikləri geridə buraxaraq sanki dünyaya yenidən gəlmiş kimi yaşayıb həyatdan zövq almağa başlayırlar.
Bunu görmək, insanlara yaşatmaq və onların dualarını almaq əvəzedilməz hisslərdir. Modern Hospital nəzdində təsis etdiyimiz Sağlam Arıqlama Mərkəzində günümüzə qədər 600-dən çox pasiyentdə bu əməliyyatı icra edərək onların “mən yaşamağa başladım” kəliməsini deməsinə səbəb olmuşuq. Onlarla bir ailə kimi olmuşuq, tədbirlərdə, sosial fəaliyyətlərdə də bir yerdə iştirak edirik”.
Qeyd edək ki, Beynəlxalq Bariatrik Cərrahlar Assosiyasiyasının tək rəsmi üzvü olan Dr. Taryel Ömərov, 2019-cu ildə 7 ölkədən 1000 nəfərdən çox tibb sahəsinin nümayəndələrinin(həkimlərin, elmi nümayəndələrin, professorların və s.) iştirakı ilə 5-ci Beynəlxalq Bariatrik Cərrahlar Konqresinin Baku Konqres Mərkəzində keçirilməsini təmin edib.
Bu isə ölkə səhiyyəsində keçirilmiş mühüm hadisələrdəndir.
Hazırda isə Dr. Taryel Ömərovun rəhbərliyi ilə may ayında növbəti beynəlxalq konfransın Bakıda keçirilməsi planlanır.
Modern Hospital, Sağlam Arıqlama Mərkəzi
Əlaqə: 012 949 ;
070 295 09 49
Aygün Musayeva
Medicina.az
BƏS ƏMƏLİYYAT ZAMANI ÖLDÜRDÜYÜNÜZ XƏSTƏLƏR? AXTARIŞ VERSİ ŞÜBHƏSİ OLAN GOOGLDA