Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda sərt karantin sentyabrda gözlənilirmi? - Hande Harmançıdan CAVAB

  • 2021.07.08 15:01
  • 1863 Baxış
Azərbaycanda sərt karantin sentyabrda gözlənilirmi? -  Hande Harmançıdan CAVAB
“Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılacağımızı təxmin edə bilirik”.

Medicina.az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

“Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.

Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik”.