Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda səhiyyə xərcləri azaldılır

  • 2023.05.31 15:59
  • 2012 Baxış
Azərbaycanda səhiyyə xərcləri azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102 milyon 432 min manat və yaxud 5,4% azaldılaraq 1 milyard 906 milyon 389 min manatdan 1 milyard 803 milyon 957 min manata endirilir.


"Medicina" xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.


Sənədə əsasən, poliklinika və ambulatoriyalar üzrə xərclərin dəyişdirilməyərək 1 milyon 802 min manat, xəstəxanalar üzrə xərclərin dəyişdirilməyərək 171 milyon 384 min manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərin dəyişdirilməyərək 2 milyon 517 min manat, icbari tibbi sığorta fonduna ayırmaların dəyişdirilməyərək 1 milyard 263 milyon 820 min manat saxlanılması, səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərclərin isə 102 milyon 432 min manat və yaxud 5,9% azaldılaraq 1 milyard 678 milyon 95 min manatdan 1 628 milyard 252 min manata endirilməsi nəzərdə tutulub.