Bu gün bir çox valideyni narahat edən və bir çox həkimin ya savadsızlıqdan ya da vicdansızlıqdan istifadə etdikləri bir mövzuda hələ də "trenddədir".
Analar uşaq doğulandan onun əmgəyinə baxır, yoxladır, basır və bu işdə onlara dırnaqarası pediatrlar da yardımçı olur.
Medicina.az həkim infeksionist Həmid Hacıağayevin bu problem barədə maraqlı və sərt açıqlamasını təqdim edir.
Həkim valideynləri körpənin əmgəyini rahat buraxmağa çağırıb.
"Körpənin əmgəyi böyükdür, raxitdəndir, müalicə etmək lazımdır". Yaxud "Körpənin əmgəyi çox kiçikdir, bütün süd məhsullarını rasiondan çıxarmaq və filan siropu içməyə başlamaq lazımdır ki, əgməyin bağlanması geciksin".
Sizcə bu cür sözlərdən sonra körpənin valideynləri rahat ola bilərlərmi?
Bundan başqa xəstəliyin hələ digər "əlamətlərini" də sadalayırlar:
- körpə az yatır,
- körpə çox aktivdir (çox hərəkətlidir);
- xəstədir - əmgəyi tez bağlandığı üçün beyin təzyiqi çoxdur və s.
Məsləhət №1: bu cür pediatra rast gəldiyiniz zaman körpənizi də götürüb ondan mümkün qədər uzaqlaşın.
Məsləhət №2: körpənin əmgəyini ölçməyin, çünki 3 ayında da, 1,5 yaşda da (və daha gec) bağlanması - normaldır.
Məsləhət №3: əgər körpəniz sağlamdırsa, oynayır, gülümsəyir və aktivdirsə - əmgəyindən əl çəkin.
Məsləhət №4: qəti şəkildə uşağı süd məhsullarından məhrum etməyin, çünki onların əmgəyin bağlanmasına aidiyyatı yoxdur.
Əziz valideynlər, əmgəyin ölçüsünün kiçik, yaxud böyük olması təkbaşına bir simptom deyil və raxit xəstəliyi ilə heç bir bağlantısı yoxdur.