“Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.
Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
“Bundan başqa, dərmanların qiymətləri bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var. Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - Ə.Əmiraslanov deyib.
Hörmətli akadmemik bu Sizdə narahatlıq yox məsuliyyət doğurmalıdır Gertsen demişkən kimdir müqəssir Həmişə demişəm bir daha deyirəm belə parlament heç kimə lazım deyil Maronetka bir qurum Güya hakimiyətin bir qoludur
Bunun səbəbi bilərəkdən nəzarətsizlk və səhiyyənin tənəzzülüdür.Bir çox ahələr kimi bu sahə də qəsdən boş buraxılıb və məsuliyytdən kənarlaşdırılıb.