Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda sağalanların plazması yoluxanlara köçürüləcək

  • 2020.04.16 12:47
  • 1948 Baxış
Azərbaycanda sağalanların plazması yoluxanlara köçürüləcək
“Azərbaycanda bütün müalicə protokollarından istifadə etmək üçün imkan var”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.


O bildirib ki, koronavirusdan sağalmış şəxslərdən plazma ayrılaraq xəstə insanlara tətbiq edilməsinə gələn həftədən başlanılacaq: “Sağalan insanın plazmasında “COVİD-19″a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar.

Biz bu məsələni müzakirə edirik. Bu gün bura gəlmədən öncə Səhiyyə nazirinin müavini Viktor Qasımovla müzakirə apardıq. Qərar verildikdən sonra gələn həftə başlaya bilərik. Öncə sağalan xəstələrin dəvət olunması proseduru hazırlanacaq”.