Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.
"Medicina" xəbər verir ki, 72 yaşlı Qəribov Bakıda dünyasını dəyişib. O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək.
Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş "Debutbank"ın və bir neçə digər iri kommersiya müəssisəsinin sahibi idi.
F.Qəribov parlamentin üçüncü və dördüncü çağırış (2005-2015) deputatı olub.