“Bu gün 21:00-dan sonra komendant saatının tətbiq edilməsi gündəlikdə yoxdur. Daxili İşlər Nazirliyinin tövsiyə xarakterli çıxışı kontekstdən çıxarılır”.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həyati vacib qurumlarda çalışan insanların işə getməsi üçün icazələri var:
“Amma bu icazələrdən sui-istifadə edərək, istirahət günləri, iş olmayan saatlarda dolaşan insanlar var. Tövsiyələrlə komendant saatının təyin olunması arasında fərq var”.