Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda reanimasiyadakı xəstələrin sayı 209-a çatdı

  • 2020.06.28 23:34
  • 9068 Baxış
Azərbaycanda reanimasiyadakı xəstələrin sayı 209-a çatdı


Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 106 nəfər test edilib.


TƏBİB-dən verilən məlumata görə, indiyədək ölkədə 468 967 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 534 yeni yoluxma, 5 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 16 424 nəfər virusa yoluxub, 198 nəfər ölüb, 9 026 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 200 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 209 nəfər müalicə alır, 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.