Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qripə yoluxanlar çoxdur, yoxsa koronavirusa?

  • 2021.12.10 16:12
  • 1461 Baxış
Azərbaycanda qripə yoluxanlar çoxdur, yoxsa koronavirusa?


“Koronavurusa yoluxan aktiv xəstələrin sayı da azalır. Müalicə olunub evə buraxılanların sayı yeni yoluxanların sayından çoxdur. Bu durumda narahatlığa əsas yoxdur.

Bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, son günlərdə yoluxma sayında da azalmalar müşahidə edilir:

Lakin payız-qış mövsümündə ənənəvi olaraq respirator virus infeksiyaların sayı artır. Problem ondadır ki, bu infeksiyaların da başlanğıc əlamətləri COVID-19 infeksiyasının ilkin əlamətlərinə oxşayır. Onları fiziki əlamətlərə görə bir-birindən ayırmaq mümkün deyil. Yalnız spesifik laborator müayinələrdən sonra təyin edilə bilər”.

T.Eyvazov qeyd edib ki, istər uşaq, istər böyük hər hansı ailə üzvündə belə bir durum aşkarlanarsa, ilk növbədə onu izolyasiya etmək lazımdır.

“İnsanların bu durumlarda “Omikron” ştammı ilə bağlı narahatlıqlarına əsas yoxdur. Dünyada yayılsa da, Azərbaycanda bu ştammın aşkarlanması ilə bağlı rəsmi qurumlar heç bir məlumat verməyib. Buna görə də hələ bu, bizdə müəyyən qədər arxayınlıq yaradır. Lakin buna baxmayaraq, biz ehtiyatlı olmalı, gigiyena qaydalarına riayət etməli və vaksinasiya prosesində iştirak etməliyik”, - deyə infeksionist qeyd edib. /oxu.az/