Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qorxulu xəstəlik yayılıb

  • 2017.11.13 14:03
  • 24580 Baxış
Azərbaycanda qorxulu xəstəlik yayılıb
"Azərbaycanda pnevmoniya (sətəlcəm) geniş yayılıb. Buna səbəb kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir".


Medicina.az xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.


Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: "Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda paytaxt Bakı ilə müqayisədə xəstəliyin yayılması geniş vüsət alıb. Kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur. Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəblərinə kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklərdə, zədələrdən sonra 4-cü yerdə dayanır".


N.Fərəcova əlavə edib ki, mikoplazma pnevmoniya və xlamidiya pnevmoniya daha çox cavanlar arasında rast gəlinir: "Ocaqlı pnevmoniya 1-2 seqment daxilində lokal bronxit yaradan kəskin respirator virus infeksiyaları fonunda yaranır. Çox iri olmayan pnevmonik və ya peribronxial infeksiya ocağının yaranması ilə müşahidə olunur. Ocaqlı pnevmoniya zamanı hərarət nadir hallarda 38 dərəcəyə qalxır. Bu xəstəlik zamanı selikli bəlğəmlə quru öskürək müşahidə olunur. Rentgen müayinədə isə ağciyərlərin ocaqlı sıxlaşması sindromu qeyd olunur. Pnevmoniyanın 4 ağırlıq- yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur. Ahıl yaşlı xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir".