2040-cı ilə qədər 11 milyondan çox insanda qlaukoma xəstəliyinin yaranacağı gözlənilir.
"Medicina" xəbər verir ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva bu xəstəliyin yaranmasında genetik, yaş kimi faktorlar ciddi rol oynadığını bildirib.
“Bu xəstəlik bir sıra hallarda gizli gedə bilir. Əgər nəsildə bu xəstəlik kimdəsə varsa, o zaman 35 yaşdan, digər hallarda isə 40 yaşdan sonra müayinə olunmaq lazımdır.
Qlaukoma hansısa müalicə ilə birədəflik sağalmır, xəstələr ömür boyu müalicə və müayinə üçün həkimə müraciət etməlidirlər. Xəstəliyin üç müalicə üsulu var: dərman, lazer və cərrahi üsul. Lakin xəstələr daima həkim nəzarətində olmalıdırlar”.
Yenidoğulmuş uşaqlarda qlaukoma xəstəliyi barədə danışan həkim qeyd edib ki, körpələrdə qlaukoma xəstəliyi olduğu zaman gözdə böyümə gedir.
Aygün M.