Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qızılcaya qarşı kütləvi peyvəndlənmə olacaq?

  • 2023.12.05 15:45
  • 1122 Baxış
Azərbaycanda  qızılcaya qarşı  kütləvi peyvəndlənmə olacaq?

Azərbaycanda yaxın günlərdə orta və böyükyaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq


"Medicina" xəbər verir ki, bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, peyvəndin birinci və ikinci dozası arasında müddət dörd həftə olmalıdır.

N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur.
TƏBİB rəsmisi vurğulayıb ki, əgər daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur:

“Eyni zamanda, hamilələrə və immunosupressiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur”.

N.Mustafayeva bildirib ki, qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün peyvənd təqviminə uyğun olaraq onların öncədən peyvəndlənməsini təmin etmək lazımdır.