Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qızılca xəstəliyi yoxa çıxıb?

  • 2021.10.11 17:06
  • 1428 Baxış
Azərbaycanda qızılca xəstəliyi yoxa çıxıb?

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.

Medicina.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:

"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".