Qızılca uzun illər idi, builki qədər aktiv deyildi. Pandemiyadan sonra Azərbaycan ilk dəfədir ki, epidemiya həddində ağır bir virusla üz-üzədir. Bir çox ekspertlər qızılca peyvəndini zəruri bilir. Buna görə dəbəzi valideynlər peyvənd üçün klinikalara axışır.
Qızılca peyvəndini həm uşaqlar, həm peyvənd olunmayan böyüklər vura bilər və vurdurmalıdır.
“Medicina” peyvənd xidməti göstərən əsas özəl klinikalar üzrə sorğu aparıb.
1. Leyla Medikal Center – peyvəndin olmadığını, 3 həftə sonra gözlənildiyi bildirildi. Qiymət barədə məlumat verilmədi.
2. Mərkəzi Gömrük Hospitalında – ümumiyyətlə, yoxdur. 3 il əvvəl olub.
3. Mərkəzi Klinikadan bildirildi ki, peyvənd bitib. Olub-olmayacağı məlum deyil.
4. MediClub – peyvəndlər üzrə məşhur klinikadır. Amma peyvənd burada da bitib. Nə vaxt olacağı bilinmir. Fransadan gəlməsi gözlənilir - qiyməti 120-130 manatdır.
5. LİV Bona Dea. Burdan verilən məlumata görə, qızılca peyvəndi olub, amma 2 gündür bitib. Uşaqlar üçün həkim qəbulu daxil 223 manat, böyüklər üçün isə 170 manatdır.
Göründüyü kimi, Bakıda özəl klinikalarda qızılca peyvəndi yoxdur. Poliklinikalar isə bu barədə ümumiyyətlə, məlumat vermir və uşağı götürüb sahə pediatrına yaxınlaşmağı tövsiyə edir.
Müsbət cavab verən yeganə klinika klinika TƏBİB nəzdində Yeni Klinika oldu. Orda qızılca peyvəndi uşaq və böyüklərə edilir və pulsuzdur.
Aygün Musayeva
Medicina.az