Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir?

  • 2024.08.21 15:28
  • 1514 Baxış
Azərbaycanda qızılca ilə bağlı  vəziyyət necədir?
Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb.

Medicina.az xəbər verir ki, bu barədə “Report”un sualına cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, sadəcə bir neçə yoluxma halı qeydə alınıb:

"Bu da o deməkdir ki, hələ də infeksiya mənbəyi var. Bu səbəbdən peyvənddən kənarda qalan uşaqları mütləq vaksinasiyadan keçirmək lazımdır. Çünki infeksiya mənbəyi varsa və qızılca hava-damcı yolu ilə keçdiyindən xəstəlik hələ də gündəmdədir”.

Nazirlik bildirib ki, ölkədə qızılca əleyhinə kifayət qədər vaksin var.